XƏBƏRLƏR
MƏLUMAT
“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq festivalda sertifikata layiq görülüb
ÜMÜMİ XƏBƏRLƏR
08/10/2019 02:41

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” filmi İranda “International Moving” Film Festivalında nümayiş olunub.

Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, 12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. “Stalinin qaranlıq keçmişi” sənədli filmi festivalın yarımfinalçı sertifikatına layiq görülüb.

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.

Baxış sayı: 79608