XƏBƏRLƏR
MƏLUMAT
"Qəhrəmanlar unudulmur" rubrikasında Emil Qurbanov
ÜMÜMİ XƏBƏRLƏR
25/08/2023 00:06

Emil Vaqif oğlu Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olub. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olub.

2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq bitirib. 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində tağım komandiri kimi xidmətə başlayıb. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlayıb, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak edib. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunub. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlayıb.

Ailəli idi, bir qız övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlamış Vətən müharibəsidə tağım komandiri kimi Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 29-da Qubadlının düşməndən azad olunması uğrunda döyüşdə şəhid olub. 6 noyabrda Lənkəranda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Baxış sayı: 270