XƏBƏRLƏR
MƏLUMAT
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı çap olunub
ÜMÜMİ XƏBƏRLƏR
21/06/2022 06:25

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Böyük yolun davamı” (II kitab) kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, “Böyük yolun davamı” (II kitab) toplusu ədəbiyyatşünaslıq müstəvisində” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Salidə Şərifovadır. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Sənan İbrahimovdur. Məsul redaktor filologiya elmləri doktoru, dosent Qurban Bayramov, redaktoru elmi işçi Sima Şəfizadədir.

Kitabda müəllifin 1970-1980-ci illərdə və son dövrlərdə çap olunmuş məqalələri toplanıb. Kitabdakı bir çox məqalələr tarixi-ədəbi faktlar əsasında işlənib və ədəbiyyat tariximiz üçün yenidir. Müəllifin 1970-1980-ci illər mətbuatımızda çap olunmuş bir neçə məqaləsi “Keçmişlərdən gələn yazı” başlığı ilə kitabın ikinci fəslində verilib.

Baxış sayı: 150