XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var " layihəsinin növbəti qonağı Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akay olub
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2025 13:07

Aprelin 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akayla görüş keçirilib.

Tədbirin aparıcısı Əməkdar artist Aybəniz Həşimova tanınmış türk müğənnisi Müşərrəf Akayın sənət yolundan danışıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını qeyd edib. Bildirib ki, repertuarında Azərbaycan musiqilərinə geniş yer verən sənətçi onları böyük məharətlə ifa edir.

Azərbaycan haqqında təəssüratlarının olduqca xoş olduğunu söyləyən Müşərrəf Akay bugünki görüşə görə təşkilatçılara və tamaşaçılara öz təşəkkürünü bildirib. Daha sonra türk mahnıları ilə yanaşı Azərbaycan mahnılarını da ifa edib.

Əməkdar artist Aybəniz Həşimova və Sənət akademiyasının tələbələri bir-birindən gözəl musiqi nömrələri çıxış ediblər. Onların ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Baxış sayı: 53