XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada kitabxanaşünas alimə həsr olunmuş virtual sərgi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
18/02/2022 01:43

Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış kitabxanaşünas alimi Mehmanəli Məmmədovun anadan olmasının 65 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanaşünas alim – Mehmanəli Məmmədov” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, kitabxanaşünas alimin müəllifi, rəyçi olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər aşağıdakı keçiddən istifadə edə bilərlər:

http://anl.az/el/vsb/Mehmaneli_Memmedov/index.htm 

Qeyd edək ki, Mehmanəli Məmmədov 1984-1986-cı illərdə Azərittifaqın “Azkoopkitab ticarət birliyi”ndə əmtəəşünas və baş əmtəəşünas vəzifələrində işləyib. 1987-ci ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasında baş laborant və laboratoriya müdiri, 1993-cü ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Mehmanəli Məmmədovu elmi-pedaqoji və yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2009-cu və 2012-ci illərdə Fəxri fərmanla təltif edib.

Baxış sayı: 216