XƏBƏRLƏR
MƏLUMAT
"Kitabxanaçı tövsiyə edir" rubrikasında İlyas Əfəndiyevin "Xurşud banu Natəvan" əsəri təqdim edilib"
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2020 06:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndələrindən biri İlyas Əfəndiyevin  “Xurşidbanu Natavan” əsərini təqdim edir. Onun psixoloji dramları, həyatın real hadisələrinə, ən aktual məsələlərə həsr olunmuş romanları həmişə diqqət mərkəzindədir.

İlyas Əfəndiyev ədəbi nəsrimizin və dramaturgiyamızın inkişafında böyük rol oynamış, ədəbiyyatımızı yeni mövzu, bəşəri məzmun və maraqlı obrazlarla zənginləşdirib. Onun tarixi səpkidə yazdığı bir neçə əsəri vardır ki, bunlardan biri də “Xurşidbanu Natavan” dramıdır. Əsər ilk dəfə 1985-ci ildə “Azərbaycan” jurnalının 11-ci sayında çap olunub. İki hissədən, on beş şəkildən ibarət olan “Xurşidbanu Natavan” əsəri, Qarabağ xanı Mehdiqulu xanın qızı, məşhur şairə Xurşidbanu Natavana həsr edilib. 

“Xurşidbanu Natavan” əsəri tarixi mövzuda yazılsa da, müasir həyatımızla səsləşən qiymətli bir əsərdir.

Baxış sayı: 460