XƏBƏRLƏR
MƏLUMAT
Kişmiş suyunun sağlamlığa faydaları
ÜMÜMİ XƏBƏRLƏR
21/12/2021 05:39

Kişmiş suyu müxtəlif xəstəliklər zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə olunur. Kişmiş suyu sinir sisteminə və ürəyə çox müsbət təsir edir, limfa vəzilərini, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir.

Kişmiş suyu kaliumla zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Kişmiş suyu ürək xəstəliklərindən əziyyət çəkən insanlara çox yaxşı kömək edə bilər.

Kişmiş suyu həmçinin qanazlığından əziyyət çəkənlər üçün çox faydalıdır, onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var.

Kişmiş suyu yuxunun tənzimlənməsinə kömək edir, sinr sistemini sakitləşdirir, baş ağrılarını azaldır.

Zəhərləmə zamanı kişmiş suyunun qəbulu orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir.

Soyuqdəymə, öskürək və bronxit zamanı kişmiş suyu çox yaxşı müalicəvi təsir edir.

Vitaminlər və minerallarla zəngin olan kişmiş suyu immun sistemini möhkəmləndirir.

Dəmləməni hazırladıqdan əvvəl kişmişi yaxşı yumaq lazımdır. Kişmiş suyu bəzi xəstəliklər zamanı (şəkərli diabet, piylənmə) istifadə olunmur.

Kişmiş suyunu hazırlamaq üçün axşamdan 1 ovuc kişmişi təmizləyin, yaxşı yuyun, termosa tökün və üzərinə 1 stəkan qaynar su əlavə edin. Kişmiş suyunu həm acqarına, həm də gün ərzində içmək olar.

Baxış sayı: 401