XƏBƏRLƏR
MƏLUMAT
Əfsənəvi qədim yunan şairi Homerin "İliada" əsəri haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
18/01/2022 07:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Alina Əsgərova əfsənəvi qədim yunan şairi Homerin "İliada" əsəri haqqında videoçarx hazırlayıb.

Videomaterialda qeyd edilib ki, əfsanəvi yunan şairi Homərin “İliada” əsəri insan zəkasının yaratdığı əski sənət örnəyi, dərin məzmun və yüksək sənətkarlıq nümunəsi kimi indi də yaşamaqdadır. Dünya ədəbiyyatının ən qədim əsərlərindən sayılan bu möhtəşəm epik poema ümumbəşəri sərvətdir. Bütün əsrlərə və bütün xalqlara eyni dərəcədə aid olan “İliada” qədim yunanların həyatını tam zənginliyi və bütövlüyü ilə göstərir.

“İliada”nın məzmununu Troya müharibəsi təşkil edir. Homer özü Troya müharibəsinin müasiri olmadığı halda, bu əsərdə təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür.

“İliada" qəhrəmanları müəyyən şəraitdə öləcəklərini yəqin etdikləri halda, qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poe-ziyasında qəhrəmanlıq dastanı kimi əbədi ad qazanmışdır.

Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.instagram.com/tv/CY1jwnRJFJB/?utm_source=ig_web_copy_link

Baxış sayı: 306