
“Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilmək üstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilini bilmək zərurətdir”.
AZƏRTAC xəbər verir ki, bunu millət vəkili Qaya Məmmədov Milli Məclisdə təmsil etdiyi Suraxanı rayonunun məktəbliləri qarşısında çıxış edərkən deyib.
İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili dövlət dilidir” mövzusunda müzakirədə Suraxanı rayonunun 279 saylı məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Millət vəkili gənclərə xatırladıb ki, bu il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsas qanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərlə yanaşı dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəb olmuşdur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşı multikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilik atributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm də əsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimi bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaz təməlidir.
Məktəblilərlə müzakirəni davam etdirən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, dil və mədəniyyət bir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizim ənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda, azərbaycançılıq məfhumunu tam anlamaq üçün şərtdir. Hazırda rəqəmsal dünyada böyüyən gənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələr də, Azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşması və inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməli və dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milli ədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunu bildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçün Azərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyi ən yaxşı vasitələrdən olduğunu qeyd edib.
Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sindən Azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarət kitablar hədiyyə olunub.
Qeyd edək ki, Suraxanı məktəbliləri ilə görüş “Balakhani Operating Company LTD”nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi çərçivəsində baş tutub. Birillik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə “Azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşlərdə iştirak edəcəklər.



- 17:10 “Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
- 16:04 “Sevgimin səsi” yeni şeirlər kitabı daha çox gənclərə ünvanlanıb
- 14:18 Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq
- 14:17 Gənclər Kitabxanasında Xalq artisti Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar material hazırlanıb
- 10:00 Azərbaycan ilə Özbəkistan arasında milli rəqs sənəti sahəsində razılıq əldə olunub
- 09:45 Bu gün Xalq artisti Bəşir Səfəroğlunun doğum günüdür
- 09:42 Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib
- 09:38 Bu gün Yel çərşənbəsidir
- 09:10 Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
- 17:00 “Yaralı miras: Səssiz şahidlər” fotoalbomu işıq üzü görüb
- 16:57 Kino sənayesi nümayəndələrinin iştirakı ilə Cinema Talks (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib
- 16:38 Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə çəkilən "Cənnət yuxusu" filminin təqdimatı keçiriləcək
- 16:29 “She knows the law, she owns her future” adlı tədbir keçirilib
- 16:15 Gənclər Kitabxanasında əmək qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib
- 15:27 “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi olub
- 14:48 Xalq artisti Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur
- 14:44 “Şərq ədəbi-filoloji fikir tarixində Məhəmməd Füzulinin yeri” adlı məqalələr toplusu çap olunub
- 14:43 Parisdə ICESCO və Azərbaycan nümayəndələri arasında görüş olub
- 12:17 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi baş tutub
- 11:47 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 11:37 Musiqi məktəbində 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 11:28 Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 11:26 Gənclər Kitabxanasında Milli Teatr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 09:59 10 Mart - Milli Teatr Günüdür
- 09:26 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
- 09:21 Bu gün Xalq artisti Qəmər Almaszadənin anadan olmasının 110 ili tamam olur
- 09:19 Milli Kitabxanada “10 mart - Milli Tеatr Günü” adlı kitab sərgisi açılıb
- 19:38 “Sayrışan ulduzlar ” adlı konsert keçirilib
- 14:24 “Rəngarəng dünyamız” adlı master-klass təşkil edilib
- 14:21 Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi hazırlanıb
- 14:07 Binəqədi Mərkəzi Mədəniyyət evində konsert proqramı təşkil edilib
- 14:04 “Səhnədən reallığa” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
- 12:45 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
- 12:37 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı keçirilib
- 10:06 “Qadın qüdrətinin təcəssümü - Ana, Ana dili, Ana vətən” mövzusunda tədbir keçirilib
- 09:50 Xalq rəssamı Salam Salamzadənin anadan olmasının 117 ili tamam olur
- 09:26 Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın “Təbiətin nemətləri” adlı sərgisi açılıb
- 09:20 Musiqili Teatr “Molla Nəsrəddinin beş arvadı” komediyası ilə Lənkəranda çıxış edib
- 14:42 "Qadın gülərsə bəşəriyyət gülər" adlı dəyirmi masa keçirilib
- 14:38 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 14:17 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:14 Akademik Milli Dram Teatrında yeni tamaşa - “Baş”
- 11:53 “Təhsilli qadın, təhsilli gələcək” adlı dəyirmi masa keçirilib
- 11:24 Bakıda tanınmış maarifçi və ziyalı Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd edilib
- 11:19 Xuraman Muradovanın Vətən eşqi - Turan sevdası kitabının Özbəkistanda təqdimat mərasimləri keçirilib
- 11:08 Braziliyada azərbaycanlı gənc rəssamların sərgisi açılacaq
- 09:24 Ədəbiyyat Muzeyində “Türkdilli ölkələrin milli musiqi alətləri” kitabının təqdimatı olub
- 09:19 Musiqili Teatrda Polad Bülbüloğlunun 80 illiyi münasibətilə tamaşa nümayiş olunub
- 17:03 Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının açılış konserti olub
- 16:56 “Səslərin güzgüsü” piano gecəsi musiqisevərləri bir araya gətirib
- 16:23 UİF–2025 üçün hazırlıqlar başladı
- 16:06 “Heydər Əliyev və dövlət qadın siyasəti” adlı dəyirmi masa keçirilib
- 15:50 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgi davam edir
- 15:42 “Səma” rəqs ansamblı “Türkün səsi” adlı konsert proqramı ilə çıxış edib
- 15:01 “Yaradıcı Azərbaycan” tədbiri keçiriləcək
- 14:14 Dövlət Uşaq Filarmoniyasında konsert proqramı - “Gəl, Novruzum”
- 14:12 Mədəniyyət könüllüləri “Dublyaj” layihəsinə başlayıb
- 10:53 Bu gün tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin anım günüdür
- 10:51 Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - Böyük Britaniya” filminin təqdimatı olub
- 09:35 “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlanılıb