Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenaristlər kursunda təhsil alıb.
Mehdi Hüseyn əlli altı illik ömrünün qırx ilini XX əsr Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafına həsr edib. O, müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, Sovet Yazıçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb. Xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilib. Böyük yazıçı, dövlət adamı, ictimai-siyasi xadim olan Mehdi Hüseyn xalqımızın çoxəsrlik ədəbiyyatını və zəngin mədəniyyətini dünyanın bir sıra ölkələrində layiqincə təmsil edib.
Mehdi Hüseyn yaradıcılığa müxbir yazıları ilə başlayıb. Bir-birinin ardınca müxtəlif mövzularda bir sıra məqalələr yazan, çox keçmədən klassik irsə münasibət, yeni insan təsviri, yeni mövzular aləmi ilə bağlı geniş mübarizələrdə çıxış edib. Bu məqalələrdə uğurlar qazanmaqla yanaşı, müəllif tərəfindən yanlış mühakimələr də irəli sürülüb. Mehdi Hüseyni fərdi xüsusiyyətlərə malik nasir kimi tanıdan ilk əsəri “Tərlan” romanı olub.
Mehdi Hüseyn otuzuncu illərdən başlayaraq bir nasir kimi bədii əsərlərlə çıxış edib. O, ilk olaraq 1930-cu ildə “Xavər” və “Bahar suları” adlı hekayələrini oxuculara təqdim edib. Mehdi Hüseyn 1931-1937-ci illərdə daha iri həcmli əsərlər yazmağa başlayıb, bu sıradan üç hissədən ibarət olan və Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr edilib, “Daşqın” romanını çap etdirib, kollektivləşmə dövründən bəhs edən “Tərlan” romanını yazıb.
İndi isə sizə Mehdi Hüseynin söylədiyi hikmətli kəlamları təqdim edirik
1. “Müasirlik bizim idealımızdır, ədəbiyyatımızın şah damarıdır”.
2. “İnsan olmayan yerdə bədii əsər də yoxdur”.
3. “Xalq fantaziyasının zənginləşdirib tamamladığı nağıl və dastanlar öz qüvvətini xalqın məğlubedilməz mənəvi qüvvətindən, mərdlik və igidliyindən alır”.
4. “Yazıçı hər şeydən əvvəl öz xalqının oğludur”.
5. “O ədəbiyyat böyükdür ki, ruhən əzəmətlidir, böyük iddialar və bəşəri hisslərlə yaşayır”.
6. “Nə zaman həqiqi şeir yaranır? O zaman ki, şair hər şeydən yox, yalnız onu coşduran, düşündürən, sevindirən və qəzəbləndirən şeylərdən yazır”.
7. “Sənət həqiqətdən qida alır. Əgər mən bir insanın inkişafını göstərərkən, onun psixoloji təsvirində yalnış xətlər çəkirəmsə, deməli, mən qarşımda dayanmış insanı düz görməmişəm”.
8. “Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi bədii əsər yarana bilməz”.
9. “Əgər şair və ədib bu günün fəlsəfəsi ideyaları ilə yaşamırsa, əgər onu müasir insanları maraqlandıran məsələlər maraqlandırmırsa, aydın məsələdir ki, onun yaratdığı əsərlərin təsir gücü heç vaxt istənilən səviyyəyə çatmayacaqdır”.
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib