XƏBƏRLƏR
MƏLUMAT
Dünyanın ən bahalı 10 dondurması
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2019 00:17

Bəzi təamlar hamı üçün hazırlanmamış ola bilər. Dünyanın ən bahalı dondurmaları qeyri-adi dadları ilə unudulmaz bir ləzzət yaradır. Bu təamlar görünüşü ilə hər kəsi cəlb edir, amma onların dadına baxmaq üçün bir neçə min dollarınız yoxdursa, maşınınızı ya da evinizi satmaq lazımdır. Bu dondurmalar nadir tapılan İran zəfəranı və 23 karat qızıl kimi vasitələrlə hazırlanır. Həmçinin çoxu qızıl bilərzik və qədəhlər kimi hədiyyəlik əşyalar ilə bəzədilib.

Əriyən bir dad üçün minlərlə dollar xərcləmək bədxərclik kimi görünsə də, lüks həyat sevənlər üçün bu əslində normal bir xərcdir. Özəl şirniyyat evlərinin qızıl mağazaları ilə birlikdə düzəltdikləri dondurmalar istəyə uyğun olaraq verilir.

Müştərilərə təqdim edilən yerdə göbələkli dondurma 95 dollaradır. Bu dondurma Şef Masa Takayama tərəfindən hazırlanır. Restoran Las-Vegasda “ARIA Resort & Casino”da yerləşir. Möhtəşəm dadı olan dondurma qızıl yarpaq ilə dizayn edilib və müştəriyə bir şüşə ilə təqdim olunur. Masa Takayama hazırladığı yeməklərdə sadəlik və saflığın bir yerdə olduğunu iddia edir.

Çikaqonun “Capannari” dondurması 190 dollar dəyərindədir. Dondurmanın böyürtkənli, ya da İrland qəhvəli çeşidlərinin dadına baxmaq mümkündür. Zəncəfil və şokolad, fındıqlı krem əlavə etməklə hazırlanır. Ailə şirkəti hər bardağı fərqli olan özəl dondurmalar ilə qürur duyduğunu qeyd edir.

Qara almaz dondurma Dubaydakı “Scoopi” kafedə satılır. Kafenin sahibi istifadə olunan maddələrin düzgün kombinasiya edilməsi üçün 5 həftə lazım olduğunu qeyd edir. Bənzərsiz dondurma zəfəran və qara yer göbələyi də daxil olmaqla nadir tapılan ərzaqlarla hazırlanır. Dondurmanın üstü Madaqaskar vanili və 23 karatlıq qızıl vərəqlə bəzədilir. Qara almaz “Versace” tərəfindən hazırlanan özəl bir qabda müştərilərə verilir.

“Mauboussin” “Mega Sundae Bagatelle” restoranında 1000 dollar dəyərindədir. Dondurma: vanil, krem, şokolad, fransız macaroons, özəl sorbent, qızıl yarpaqlar və “votka sos” adlı xüsusi sous ilə hazırlanır. İçində 24 karat qızıl olan dondurma Dom Perignon ilə hazırlanır.

Dondurma böyük bir martini bardağı ilə müştərilərə təqdim edilir. Dondurmanın yanında eyni zamanda hədiyyə verilir. Bütün dondurmanı bitirdikdə isə bir qara qutu içində ağ qızıl, qara çəlik və almazdan ibarət 590 dollarlıq “Mauboussin” üzüyünü görəcəksiniz. Maubossin 1827-ci ildən bəri təkqaş zərgərlik məmulatları satan məşhur bir fransız şirkətidir.

“Langham” otelinin restoranında “Victoriya” dondurmasını 1000 dollara yeyə bilərsiniz. Dondurma Hennesy VSOP konyak, vanil və şokolad ilə hazırlanır. Həmçinin, 24 karat qızıl qoz və qızıl yarpaqlar dondurmanı bəzəmək üçün istifadə edilir. Buna əlavə olaraq duzlu karamel, qızıl ilə örtülmüş fıstıq, karamelli şokolad, Krokan və krem ilə bəzədilir. Dondurma Wedgewood krital qabda və bir şüşə Dom Perignon şampan ilə verilir.

Nyu-Yorkda yerləşən Serendipity qızılla zəngin “Sundae” dondurmasını müştərilərə təqdim edir. Özünəməxsus dadı olan dondurmanın tərkibində vanil, şokolad və 23 karatlıq qızıl vərəqə var. Həmçinin dondurmaya dadlı giləmeyvələr, yer göbələyi, albalı, fındıq və badam əzməsi qatılır.

Reseptdə istifadə olunan nadir və bahalı Amadei Porcelena və Vensuela Chuaodır. Həmçinin dondurmada hayvar və Armagnac konyakı da yer alır. Dondurma qızıl qaşıq, şüşə qədəh içində təqdim edilir. Ancaq Serendipitydə olan dondurmanı sifariş etməmişdən 48 saat əvvəl yer götürmək lazımdır.

Nyu-Yorkdakı Serendipity Restoranı Ginnesin rekordlar kitabına düşmək üçün dondurulmuş şokolad “Hauteyi” yaradır. Dondurulmuş şokoladlı haute nadir kakao, süd, krem və yer göbələyindən ibarətdir. Şeflər dondurmaların hər birinə 23 karat olan beş qram qızıl əlavə edib. Bundan başqa dondurma bir qızıl qaşıq və nadir qızıl qədəh ilə verilir. Qaşıq özü də almaz ilə işlənib. 25 000 dollar dəyərindəki dondurma 18 karat olan bilərzik hədiyyəlidir.

Dünyanın ən bahalı dondurmalarından biri olaraq qəbul edilən Sundea, Twins Dondurma şirkətinin məhsuludur. Dondurmadan əldə edilən gəlirlər Afrikaya göndərilir. Buna əlavə olaraq sizə dağadırmanma və xatirə üçün köynək veriləcək.

Dünyanın ən bahalı dondurmasını yemək üçün Luizianaya səyahət etməyə məcbur olaracaqsınız. Çiyələk Arnaudun tərkibinə vanil, çiyələk, şərab, krem, ədviyyat və nanə əlavə edilir. New Orleans Arnaud Restoranında hazırlanan bu şirniyyat 1,4 milyon dollar dəyərindədir. Dondurmanı bu qədər bahalı edən isə bəzəmək üçün istifadə edilən xüsusi hazırlanmış 4,7 karatlıq almaz üzükdür. Sir Ernest Casselə aid üzükdə açıq çəhrayı almaz yer alır.

Baxış sayı: 92444