XƏBƏRLƏR
MƏLUMAT
Dünya xalqlarının qəribə inancları
ÜMÜMİ XƏBƏRLƏR
03/11/2020 02:32

Sizə dünyanın müxtəlif xalqlarının qəribə inanclarını təqdim edirik:

1. İspaniya

İspaniyada ayın 13-ü çərşənbə axşamına düşərsə, bu günün "uğursuz gün" olduğunu düşünürlər.

İspan dilində çərşənbə axşamı "martes" adlanır. "Mars günü": bu, orta əsrlərdə şər kimi xarakterizə edilib.

2. Çin

Çində 4 rəqəmi uğursuz hesab edilir, beləki, "dörd" sözü "ölüm" sözünə çox bənzəyir. Hətta bəzi binalarda dördüncü mərtəbə yoxdur.

3. Misir

Misirdə bayquş bədbəxtlik gətirən heyvan hesab sayılır. Belə hesab edilir ki, bayquşlar onları görən və ya eşidən insanlara bəd xəbərlər gətirir.

4. Rusiya

Rusiyada hesab edirlər ki, boş vedrə daşımaq və ya hətta, boş vedrə daşıyan insanla rastlaşmaq pis əlamətdir.

Bəlkədə, bu inancın kökləriçar II Aleksandra boş vedrəli şəxsin sui-qəsd etməsinə bağlıdır.

5. Braziliya

Braziliyada çantanı döşəməyə qoymaq olmaz, əks halda, guya, həmin çantanın sahibi kasıblaşacaq.

6. Finlandiya

Finlandiyada (və bir sıra digər ölkələrdə) hesab edirlər ki, hörümçəyi öldürdükdə yağış yağır.

7. Seneqal

Seneqalda insanların səyahət planlarını özündə saxlamalı olduqları söylənilir. Belə ki, burada hesab edili rki, bu barədə kiməsə danışsanız, planlarınız pozulacaq.

8. Almaniya

Almaniyada içərisində su olan qədəhləri bir-birinə vurmaqdan qorxurlar, belə ki, belə hesab edirlər ki, bu şəkildə içkini birlikdə içdiyiniz insana ölüm arzulayırsınız.

9. Danimarka

Danimarkada qırılan boşqabları il boyu saxlayır, Yeni il ərəfəsində onları dostlar və qohumların qapılarının altına qoyurlar.

Hesab edilir ki, qapı altında farfor nə qədər çox olarsa, həmin il bir o qədər xoşbəxtlik içində keçər.

10. Misir

Misirdə qayçını heç bir iş görülmədiyi halda hərəkət etdirmək çox pis əlamət hesab edilir. Onu açıq vəziyyətdə saxlamaq isə daha pisdir. Guya, belə olduğu halda, pis ruhları havada "kəsirsiniz" və onlar bundan qəzəblənirlər.

 

Baxış sayı: 276