XƏBƏRLƏR
MƏLUMAT
Dünya ədəbiyyatının ən maraqlı əsərlərindən ibarət onlayn kitab təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2021 05:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "kitabtəqdimatı", "bunları oxumaq maraqlıdır" həştəgləri altında dünya ədəbiyyatının ən maraqlı əsərlərindən ibarət onlayn kitab təqdimatı keçirib.

Kitablar haqqında oxucuya ətraflı məlumat verilib. Qeyd edilib ki, oxucunun dünya görüşünün kitaba elmə marağının artırılmasında bu kitabların rolu əvəzsizdir. Nobel mükafatı laureatı Alber Kamyunun “Hə ilə Yox arasında” adlı kitabına esse və hekayələri daxil edilib. Oxucu bu esse və hekayələrdə yazıçının tənqidi baxışlarıyla yanaşı, ustalıqla təsvir edilmiş təbiətlə insan təması, istənilən müharibəyə, istilaya olan nifrət və sözsüz ki, ekzistensialist fəlsəfəylə rastlaşacaq.

Lev Tolstoy bu əsəri İncildən götürülmüş sitatlar əsasında yazıb. Burada günah işlətmiş mələyin "İnsan nə ilə yaşayır?" sualına cavab tapmalı olmasından danışılır. O, sualın cavabını tapmasa, səmaya qayıda bilməyəcək. İnsanlar arasında yaşayıb, insan həyatının həqiqi mənasını anlamağa çalışacaq.

“Uşaq ürəyi” İtalyan xalqının böyük yazıçısı, pedaqoq Edmondo de Amiçisin şah əsəri, klassik uşaq ədəbiyyatının nadir nümunəsidir. O, bu kitabı oğlunun ibtidai məktəbdə tutduğu gündəliklər əsasında qələmə alıb. İlk dəfə 1886-cı ildə nəşr olunan kitab, demək olar ki, bütün dünya dillərinə tərcümə olunub.

Pedaqogika mütəxəssisləri bu əsəri “Dünyanın ən faydalı uşaq kitabı” kimi qəbul edirlər. Bu kitabı fransız dilinə tərcümə edən yazıçı A.Piazzi əsəri yüksək qiymətləndirir. 100 ildən çoxdur, bütün dünyanı dolaşan və uşaqların əlindən düşməyən bu klassik əsərin dilimizdə nəşr olunması əlamətdar hadisədir.

 

Baxış sayı: 302