
XX əsrin ən görkəmli pianoçularından biri, SSRİ-də və ABŞ-da böyük sənətkar kimi məşhur olan Aleksey Sultanov 7 avqust 1969-cu ildə musiqiçilər (atası Fazulhaqq Abdulhaqq oğlu violonçelist, anası Natalya Poqorelova skripkaçıdır) ailəsində dünyaya gəlib, nənəsi Zamirə xanım Hidoyatova, özbək xalqının tanınmış və sevimli aktrisasıdır.
Aleksey Sultanov 6 yaşından Özbəkstanda V.Uspenski adına respublika musiqi məktəbində Əməkdar müəllim Тamara Popoviçin sinfində (fortepiano) təhsil alıb. 8 yaşından konsertlər vermiş, 12 yaşında Beynəlxalq “Konsertino Praqa-82” müsabiqəsinin laureatı, 15 yaşında Özbəkistan Respublikası Komsomol mükafatı laureatı adına layiq görülüb. Təhsilini Моskva konservatoryasında (ali musiqi məktəbi) Lev İvanoviç Naumovun sinifində davam edib. 1986-cı ildə 17 yaşlı gənc pianoçu haqqında rejissor Əli Hamrayev sənədli film çəkib. 1989-cu ildə Van Klibern adina 8-ci Beynəlxalq pianoçular müsabiqəsinin qalibi çıxdıqdan sonra, davamlı olaraq qastrollara dəvət edilib.
1990-cı ildə konservatoryanın üçüncü kursunu davam etdirməyib və 1991-ci ildə Amerika Birləşmiş Ştatlarına gedib.
Sonralar, Aleksey Sultanov iki dəfə - 1995-ci ildə Varşavada F.Şopen adına 13-cü Beynəlxalq pianoçular və 1998-ci ildə P.Çaykovski adına Beynəlxalq pianoçular müsabiqələrində iştirak edib və hər iki müsabiqədə gənc pianoçuya qarşı ədalətsizlik olub. F.Şopen adına Beynəlxalq Pianoçular Müsabiqəsində, münsiflər heyəti ikinci dərəcəli mükafatı Aleksey Sultanova verməyi, birinci mükafatı isə heç kimə verməməyi qərara alıb. Aleksey Sultanov, ikinci dərəcəli diplomu qəbul edib və bu hadisədən sonra 26 yaşlı sənətkar iflic olub.
1998-ci ildə P.Çaykovski adına Beynəlxalq pianoçular müsabiqəsində münsiflər heyəti Prokofyevin “Yeddinci sonatası”nın ifasında gərəksiz sərbəstliyə yol verdiyi üçün, ona, müsabiqənin üçüncü turunda iştirak etməyə icazə verməyib. Bu hadisə haqqında dövri mətbuatda haqlı və kəskin etirazlar “Autsayderə eşq olsun!”, “Dahi isdedadlar laureat olmadan da dahidir” başlıqlı məqalələr dərc olunub.
Aleksey Sultanov, 1999-cu ilin noyabr ayında, Daşkənd şəhərində, Milli Simfonik orkestr ilə birlikdə, nənəsi, Xalq artisti Zamirə xanımın xatirəsinə solo konsert həsr edib. Aleksey Sultanov, qeyri-adi çıxışları ilə Avropanı, Asiyanı, Amerikanı fəth edib, dünyanın onlarla şəhərlərində konsertlər verib, “Filadelfi”, “Konsertgebau”, Britaniya simfonik orkestrləri ilə birlikdə çıxış edib, Helsinki, Berlin, Frankfurt, Hamburq, Sürix, Afina, Milan, Osako, Seul, Nyu-York və digər şəhərlərdə solo konsertləri verib, “La Skala”, “Karnegi-Holl”, “La Roke” konsert salonlarında alqışlanıb.
Məşhur pianoçu Vladimir Qorovis qayınatası – Arturo Toskaninidən qalmış dirijor çubuğunu gənc istedad Alekseyə hədiyyə edib.
2001-ci ildə Özbəkstanda yeni qastrol səfərlərinə hazırlıq görən gənc pianoçu, fevral ayında ikinci dəfə iflic olub. Bu ağır xəstəliyə baxmayaraq, Aleksey Sultanov xeyriyyəçilik konsertləri verməyi davam etdirib.
Temperamentinə görə Aleksey Sultanovun repertuarı romatizm və postromantizmdir.Yaradıcılığına Şopen, List, Raxmaninov, Skraybin kimi ölməz sənətkarlarin əsərləri daxildir. Aleksey Sultanov sənətində fövqəladə ifadə tərzi, sözün əsl anlamında, ən səmimi lirik xəyallar yer tutmaqdadır.
Son illərini ABŞ-da yaşayan, “hər bir bəstəkarın qəlbinə yol açmağı bacaran”, “pianoçuların vulkanlar sinifinə aid olan”, “sərbəst, coşqun”, “Fortepiano aslanı” musiqi ustası, dörd il davam edən mərdanə mübarizədən sonra 30 iyun 2005-ci ildə əbədiyyətə qovuşub.


- 17:17 Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilib
- 16:54 "Müasir Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev " adlı dəyirmi masa keçirilib
- 16:38 Musiqi Məktəblərinin şagirdlərinin növbəti uğurları
- 15:28 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:20 Yasamal rayon Heydər Əliyev Mərkəzində şeir, inşa-yazı və rəsm müsabiqələrinin yekun seçim mərhələsi keçirilib
- 14:20 Milli Kitabxanada “Maqsud İbrahimbəyov-90” adlı biblioqrafik icmal onlayn rejimdə istifadəçilərə təqdim olunub
- 12:24 Beynəlxalq Xalça Festivalı günlərində “Qayınana” filmi açıq havada nümayiş etdirilib
- 11:44 “Zübeydə” romanının təqdimatı keçirilib
- 11:32 Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb
- 10:58 Gənclər Kitabxanasında görkəmli alim Əkrəm Cəfərin xatirəsi anılıb
- 10:04 “Musiqi və incəsənət məktəblərində müəllim keyfiyyəti” mövzusunda dəyirmi masa keçirilib
- 09:20 ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub
- 09:15 “Səhra qartalı” kitabının təqdimatı olub
- 17:14 Türkiyədə “Zəngəzur” Azərbaycan xalq rəqsləri ansamblı haqqında televiziya verilişi nümayiş etdirilib
- 17:13 Mədəniyyət naziri Adil Kərimli Siyəzəndə vətəndaşları qəbul edəcək
- 14:18 Bu gün Xalq artisti Ələddin Abbasovun anadan olmasının 103 ili tamam olur
- 14:12 “Mən qadınam” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
- 11:42 SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
- 11:18 "Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub
- 11:16 Gənclər Kitabxanasında Xalq artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi hazırlanıb
- 11:09 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda elmi-praktiki seminar keçiriləcək
- 11:03 Əməkdar jurnalist Etibar Babayevlə görüş və “Xatirələr işığında Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib
- 10:39 Ümummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib
- 10:25 Bu gün görkəmli şair Əhməd Cavadın doğum günüdür
- 09:37 Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
- 09:36 Milli Kitabxanada “5 may - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
- 09:32 Milli İncəsənət Muzeyində “Ruhun sədası” adlı fərdi sərgi açılıb
- 09:26 Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib
- 09:22 “Konstitusiya və Suverenlik İli” münasibətilə Qazaxıstanın Aktau şəhərində konsert təşkil olunub
- 21:50 Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 17:24 Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub
- 17:02 “Bir dahinin ömür yolu” adlı tədbir keçirilib
- 14:24 “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti Salman Qəmbərovla görüş keçirilib
- 11:42 “Heydər Əliyev: xalqa xidmətin parlaq nümunəsi” mövzusunda seminar-mühazirə keçirilib
- 11:36 Bakıda Beynəlxalq Xalça Forumu işə başlayıb
- 11:27 “Mədəniyyət körpüsü” layihəsi Lerikdə
- 10:57 Xalq artisti Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş mühazirə - konsert keçirilib
- 10:55 Bu gün Xalq artisti Ramiz Zöhrabovun doğum günüdür
- 10:51 Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir
- 09:53 Bu gün Əməkdar incəsənət xadimi Nigar Usubovanın doğum günüdür
- 09:48 Küveyt Dövlətinin Əl-Küveyt şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib
- 09:47 Ölkəmiz ilk dəfə “Adobe Dünya Çempionatı”nda iştirak edir
- 09:15 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə onlayn qaydada məlumatlandırıcı görüşlər davam edir
- 09:12 Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 15:01 “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” kitabı nəşr edilib
- 14:58 Günay Əfəndiyeva Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
- 14:40 Beynəlxalq Xalça Festivalının zəngin və rəngarəng proqramı hər yaş qrupundan olan qonaqları cəlb edəcək
- 14:13 Yazıçı-publisist Səyadulla Kərimlidən “Balalara töhfə”
- 12:29 “Ümummilli lider Heydər Əliyevin Yasamal rayonuna səfərləri” adlı səyyar sərgi təşkil olunub
- 09:45 Bakı Musiqi Akademiyasında klassik musiqi axşamı keçirilib
- 09:39 Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
- 09:28 Kanadada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlər təşkil edilib
- 09:26 Gənc istedadlar Vyanada konsert proqramı ilə çıxış ediblər
- 09:23 Mədəniyyət Nazirliyində Xalq artisti Şəfiqə Axundova ilə görüş olub
- 09:15 Beynəlxalq Muğam Mərkəzində “Muğam mühazirələri”nin həsr olunmuş növbəti konsert
- 16:33 “Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olub
- 15:34 Prezident Kitabxanasında “Welcome to Azerbaijan” kitabının təqdimatı olub
- 12:09 "1001 Gülüş" adlı konsert proqramı nümayiş olunub
- 11:36 Beynəlxalq kukla festivalının Bakı mərhələsi yekunlaşıb
- 11:22 Bu gün Beynəlxalq Caz Günüdür