XƏBƏRLƏR
MƏLUMAT
Dadıyla Seçilən Zaqatala Mətbəxinin Buğ Xəngəli
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2022 01:59

Buğ xəngəli qax adətilə hazırlanan ləziz yeməkdir.  Zaqatala və Balakən rayonlarına məxsus olan bu xəmir xörəyi digərlərindən fərqli olaraq, ətin buxarında bişirilir. Evdar.az buğ xəngəlinin reseptini təqdim edir.

Dadıyla Seçilən Zaqatala Mətbəxinin Buğ Xəngəli tərkibi:

Xəmiri üçün:

1 ədəd yumurta

1 çay qaşığı duz

300 qrun

Apardığı qədər su

Dib döşəmə əti üçün:

1,5 kq mal əti qabırğası

1 ədəd soğan

3-4 diş sarımsaq

4-5 dəfnə yarpağı

15-20 istiot dənəsi

1 çay qaşığı duz

Buğ Xəngəlinin hazırlanma qaydası:

Əvvəlcə soğanın qabığını soyub 4 hissəyə bölün. Sarımsağıda soyub iki hissəyə bölün. Maləti qabırğasını  böyük dilim formasında doğrayın. Qazana ətləri soğan, sarımsaq, dəfnə yarpağı, dənə istiot və ətlərin üzərinə çıxan qədər su töküb zəif odda 1 saat bişirin. Ən sonda ətin duzunu vurun. Tam bişməməsinə diqqət edin ki, sonradan xəngəllərlə birlikdə yenidən bişdikdə ət çox dağılmasın. Bişən ətləri başqa bir qazana düzüb, süzgəclə suyunu üzərinə süzüb təkrar ocağa qoyun.

Xəmiri hazırlamaq üçün bir qabdan, duz, yumurta və apardığı qədər su əlavə edib xəmir yoğurun. Xəmirdən 4 ədəd kündə hazırlayın. Kündələri bir-bir yayıb yağlayın. Və ya hər yuxanın arasını bir-birilərinə yapışmayacaq şəkildə yağlayıb üst-üstəyığın. Daha sonra istədiyiniz formada (kvadrat, romb) kəsib ətlərin üzərindən qazana düzün. Xəngəlləri düzdükdə kənarlarından və tam orta hissədən boşluq saxlamaq lazımdır ki, buxar qazanın hər tərəfinə yayılaraq bütün xəngəlləri eyni dərəcədə bişirə bilsin. Ətlərin üzərinə yuxaları düzdükdən sonra qazanın qapağını örtüb ocaqda bişirin. Su azalarsa, xəngəllər bişənə qədər az-az su əlavə etmək olar. Ancaq suyun xəngəllərə dəyməməsinə diqqət edin.  Bişdikdən sonra ilk öncə xəngəlləri qaba düzüb üzərinə əti və suyunu əlavə edib süfrəyə verin. Bu ləziz yeməyin yanında süfrəyə sarımsaqlı qatıq verə bilərsiniz.

Əlavə qeyd:

Bu xəmir xörəyi qaxacət və qaxac dolmadanda hazırlanır.

Buğ xəngəlinin xəmirin azcaformada yayılır. Əsas xüsusiyyəti isə xəmirlərin bir-birinə yapışmaması üçün yağlanmasıdır.

Nuş Olsun!

Baxış sayı: 896