XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi Hikmət Ziyanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2024 09:32

Hikmət Ziya 1929-cu il mayın 13-də Şəkidə anadan olub. O, Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. “Azərbaycan pioneri” qəzetində, “Göyərçin” jurnalı redaksiyasında çalışıb. İlk şeiri “Qeqola” olub. İlk satirik şeirləri, “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub.  “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulub. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Hikmət Ziya oğlu Əfəndiyev 1995-ci ildə vəfat edib.

Baxış sayı: 267