XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Beynəlxalq Animasiya günüdür
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2022 01:10

28 oktyabr dünyada Beynəlxalq Animasiya Günü kimi qeyd edilir. 120 illik tarixi olan multiplikasiya filmlərini ilk dəfə Çarliz Emil Reno lentə alıb. 2002-ci ildən ASİFA (Beynəlxalq Animasiya Kino Assosiasiyası) tərəfindən təsis edilən Animasiya günü münasibətilə müxtəlif ölkələrdən tanınmış rəssamlar bir araya toplaşır. Dünyanın 50-dən çox ölkəsində fərqli tədbirlərlə keçirilən Animasiya günündə bu sahəyə həvəsi olan tələbələrin yeni filmləri nümayiş olunur. Azərbaycan tamaşaçısı son 10 ildir ki, yerli animasiya filmləri ilə tanış olub.”Mərhəmətin dadı”, “Balaca ev”, “Köhnə saat”, “Səmada şəkil” kimi yerli animasiya filmləri beynəlxalq festivallarda nümayiş edilərək auditoriyanın marağına səbəb olub.

Bu gün Hollivud kinosunun dünyaya meydan oxuduğu bir dövrdə animasiya sənətinin də inkişafı göz qabağındadır. Kinoteatrlarda,
televiziya kanallarında nümayiş olunan filmlər, mağazalardakı animasiya filmi diskləri bu inkişafdan xəbər verir. “Tom və Cerri”, “Şrek”, “Buz dövrü”, “Madaqaskar”, “Nemonun axtarışında” və s.m adları çoxlarına bəlli olan animasiya filmləri də Hollivudun bizə töhfəsidir. Animasiya sənəti bu gün elə bir dövrünü yaşayır ki, ona nəinki uşaqlar, böyüklər də həvəslə baxırlar. Böyük şirkətlərm sərmayə qoyur, prodüserlər təkliflə çıxış edir və nəhayət maraqlı kinematoqrafiya məhsulu hasil olunur. Baxmayaraq ki, Hollivud maraqlı animasiya məhsulu ilə sevindirir, lakin milli cizgi filmlərimizin yaddaşımızda öz yeri var.

Baxış sayı: 453