XƏBƏRLƏR
MƏLUMAT
Bəxtiyar Vahabzadənin "Ana hədiyyəsi" şeiri əsasında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
09/06/2021 03:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Rəxşəndə Novruzova görkəmli şair Bəxtiyar Vahabzadənin "Ana hədiyyəsi" şeirini səsləndirib.

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik "Mən"i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın - Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Ana və ana dili mövzusu Bəxtiyar Vahabzadə yaradıcılığında əhəmiyyətli yer tutub. Şair 1950-2000-ci illərin şeirlərindən olan "Ana və şəkil", "Ana türbəsi", "Ana", "Körpə nəfəsi", "Lay-lay", "Doğum evində", "Ana dili", "Ana hədiyyəsi", "Ana və balalar", "Mənim anam", "Ekran qabağında", "Anama giley", "Şəhid anası", "Ana birsə", "Mənim ana dilim", "Anam öldümü", "Anam təzədən böyüyür", "Anam haqqında şeirlər", "Ana dedim, qarşımda bir gözəl səhnə açıldı" və başqalarında anaların və doğma dilimizin ehtizazlı bədii obrazını yaradıb.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.facebook.com/100007549111926/videos/2789836774611266/

https://www.instagram.com/tv/CP2hlOsBGHc/?utm_source=ig_web_copy_link

Baxış sayı: 497