XƏBƏRLƏR
MƏLUMAT
“BAXIŞ - 5” festivalının açılış mərasimi olub
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2025 09:12

Martın 4-də Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının “BAXIŞ - 5” festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov festivalın əhəmiyyətindən danışıb. O bildirib ki, dörd gün davam edəcək festival çərçivəsində laboratoriyalarda hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.

Daha sonra festivalın ilk tamaşası – Aleksandr Puşkinin “Motsart və Salyeri” əsəri nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Anar Atakişiyevdir. Əsas rolları Əli Nurzadə və Məhəmməd Gülmalıyev canlandırıblar.

Baxış sayı: 103