XƏBƏRLƏR
MƏLUMAT
“Azerbaijan Design Award” müsabiqəsinə qoşulmaq üçün son üç gün
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2022 07:47

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Dizayn Assosiyasiyasının təşkilatçılığı ilə keçirilən "Azerbaijan Design Award" müsabiqəsinə layihələrin qəbulu davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin qeydiyyat mərhələsi aprelin 30-da başa çatacaq

Qeyd edək ki, Azərbaycanın ən böyük dizayn müsabiqəsi olan “Azerbaijan Design Award” layihəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləmişdir və ölkədə dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə böyük töhfə verir.

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədini daşıyır.

Baxış sayı: 155