XƏBƏRLƏR
MƏLUMAT
Avstriyada “Türkdünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlər təşkil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
07/06/2022 02:16

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasının zəngin mədəni irsinin beynəlxalq aləmdə təbliği istiqamətində çox saylı layihələr həyata keçirir. Belə ki, iyunun 7-8-də Fondilə Azərbaycanın Avstriyadakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Vyanada “Türk dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlər təşkil olunacaq.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən “Şuşa İli”nə, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə, türk ədəbiyyatının böyük nümayəndəsi Ömər Seyfəddinin vəfatının 100-cü ildönümünə həsr olunacaq.

Tədbirlər çərçivəsində Fond tərəfindən alman dilində nəşr edilmiş “Azərbaycan qadın şairələrinin poeziya antologiyası” və “Ömər Seyfəddin. Hekayələri” kitablarının təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 120