XƏBƏRLƏR
MƏLUMAT
“Arşın mal alan” musiqili komediyası bu dəfə “YARAT”da göstərilib
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2019 00:27

“YARAT” Müasir İncəsənət Mərkəzində Bakı Uşaq Teatrının “Günay” studiyası tərəfindən hazırlanan “Arşın mal alan” musiqili komediyası nümayiş olunub.

“Günay” studiyası artıq üç ildir dahi bəstəkarın bu əsərini yeni quruluşda tamaşaçılara təqdim edir.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş edilən səhnə əsərinin təqdimatı maraqla qarşılanıb.

Qeyd edək ki, ilk dəfə 2007-ci ildə studiya tərəfindən nümayiş olunan bu quruluş, Azərbaycan Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb.

Baxış sayı: 73617