XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli uşaq musiqi məktəbində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2023 06:25

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirin əvvəlində “Heydər Əliyevin rəhbərliyi dövründə milli musiqi mədəniyyətimiz” adlı məruzə dinlənilib. 

Yubiley münasibəti ilə orkestr şöbəsinin hazırladığı konsertdə violin, fleyta, klarnet və vokal ixtisaslarında təhsil alan şagirdlər çıxış ediblər. Geniş və rəngarəng repertuarlı konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub. 

Baxış sayı: 172