XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Azərbaycan-Özbəkistan birgə Mədəniyyət Komissiyasının birinci iclası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/12/2025 10:04

Ölkəmizdə davam edən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində dekabrın 15-də Milli Kitabxanada Azərbaycan-Özbəkistan birgə Mədəniyyət Komissiyasının birinci iclası keçirilib.

Azərbaycan tərəfdən mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Özbəkistan tərəfdən isə mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədovun iştirak etdiyi iclasda iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Özbəkistan nümayəndə heyətini salamlayan Fərid Cəfərov birgə komissiyanın iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, həm nazirliklərimiz arasında həyata keçirilən ikitərəfli fəaliyyətlər və birgə təşəbbüslər, həm də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin reallaşdırdığı çoxsaylı tədbir və layihələr nəticəsində mədəni əməkdaşlığımız son illər daha da genişlənib.

Baxış sayı: 24