XƏBƏRLƏR
MƏLUMAT
ARKA tərəfindən 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2025 12:15

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən ölkədə kino sənayesinin dəstəklənməsi məqsədilə ayrılan maliyyə vəsaitlərinin istehsalçı şirkətlərə şəffaf və ədalətli ötürülməsi üçün 2026-cı ildə dörd müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinin müdiri Turan Məmmədli məlumat verib.

Onun sözlərinə görə, onların sırasına post-prodakşn mərhələsində olan layihələrə dəstək, dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri, dövlət sifarişi ilə istehsal ediləcək film layihələri və müştərək istehsal olan layihələrə dəstək müsabiqələri daxildir.

Baxış sayı: 17