Dekabrın 15-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli sənətkar, Beynəlxalq “Qızıl Cəng” və “Humay” mükafatı laureatı, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib.
Tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri iştirak ediblər.
Yubiley gecəsində Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək Ağaverdi Paşayevin pedaqoq və dirijor kimi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 25 il müddətində Dövlət Xalq Çalğı Alətləri Orkestrinə rəhbərlik edən Ağaverdi Paşayev bir dirijor və sənətkar kimi uğurlara imza atmış, sənətdə öz sözünü deməyi bacarmışdır. Tar aləti üzrə təhsil alsa da həyat və fəaliyyətini dirijorluğa həsr edərək uzun illər ərzində çoxsaylı layiqli tələbələr yetişdirib. Bu tələbələrin hər biri hazırda Azərbaycanımızın müxtəlif bölgələrində musiqi kollektivlərinə rəhbərlik edirlər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin adından yubilyarı təbrik edərək nazirliyin “Fəxri Diplomu” və kollektivin təbrik məktubunu təqdim edib. Tədbirdə millət vəkili, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Elnarə Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov çıxış edərək təbrik məktublarını ünvanlayıblar. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMK nəzdində Musiqi Kollecinin təbrik məktubları oxunub.
Gecənin bədii hissəsində Ağaverdi Paşayevin tələbəsi, Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində Xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədova, Samir Cəfərov, Gülnaz Abdullazadə, Əməkdar artistlər Almaz Orucova, Ramil Qasımov çıxış ediblər. Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist Sahib Paşazadənin birlikdə çıxışları alqışlarla qarşılanıb. Yubiley gecəsi Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının Xoru (xormeyster- Əməkdar artist Naala Barateliya) və Ramil Qasımovun ifasında Müslüm Maqomayevin “Odlar yurdu” əsəri ilə başa çatıb.









- 11:07 “Ağ atlı oğlan” ekran əsəri təqdim ediləcək
- 10:17 Tanınmış estrada müğənnisi Namiq Qasımovla görüş keçirilib
- 09:59 Müasir İncəsənət Muzeyində “Qarabağ irsi” adlı fərdi sərgi keçirilib
- 09:49 Mədəniyyət naziri Adil Kərimli Özbəkistan nümayəndə heyəti ilə görüşüb
- 09:44 Azərbaycanlı rejissor İlqar Safatın “Doğma torpaq” filmi Türkiyədə mükafata layiq görülüb
- 09:37 Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli sənətkar, Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib
- 15:57 Mədəniyyət Nazirliyi “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasında yer alıb
- 14:58 Azərbaycanlı məşhur tenor London Kral Opera evinin səhnəsində!
- 12:22 Əməkdar incəsənət xadimi İmruz Əfəndiyevanın 90 illiyi münasibətilə kitab sərgisi hazırlanıb
- 10:38 Kiçik Kövsər, böyük uğur: BMT festivalında ikiqat qələbə
- 10:04 Milli Kitabxanada Azərbaycan-Özbəkistan birgə Mədəniyyət Komissiyasının birinci iclası keçirilib
- 09:39 UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb
- 09:28 Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub
- 16:23 Xalq artisti Rəşid Behbudovun 110 illiyinə həsr olunmuş konsert təşkil edilib
- 14:44 İstanbul Beynəlxalq Kitab Sərgisində “Leyli və Məcnun” əsərinin Türkiyə türkcəsində təqdimatı keçirilib
- 11:47 Milli Xalça Muzeyində rəssam Emil Əzizin fərdi sərgisi açılacaq
- 10:52 Kitabxanada Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual sərgi hazırlanıb
- 09:57 Qazaxıstan teatrı Bakıya qastrol səfəri edəcək
- 09:42 BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək
- 09:37 Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib
- 16:38 Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
- 15:52 “Azərbaycan deyəndə” adlı film nümayiş olunub
- 15:44 Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
- 11:39 Gənclər Kitabxanasında Ulu Öndərin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb
- 09:47 12 Dekabr - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür
- 14:27 Əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 09:29 "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusuna həsr olunan forum başa çatıb
- 09:21 “Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib
- 17:29 Forumun ilk paneli: "Mədəniyyət və hüquq"
- 16:24 “Heydər Əliyev – ölməz irs” adlı dəyirmi masa keçirilib
- 15:02 Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
- 11:48 İƏT Mədəniyyət Festivalının Bakı Kommünikesi qəbul olunub
- 11:25 Beynəlxalq İnsan Hüquqları Gününə adlı virtual sərgi istifadəçilərə təqdim olunub
- 10:52 Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
- 10:48 Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:36 Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış
- 09:30 XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
- 09:25 “KinoBox” onlayn yayım platformasının təqdimat mərasimi keçirilib
- 16:35 Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsinə tərcümə edilərək Ankarada nəşr olunub
- 16:31 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirilib
- 12:23 Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq münasibətləri müzakirə olunub
- 09:58 "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib
- 09:52 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimi keçirilib
- 09:25 Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib
- 17:43 "Heydər Əliyev.Əsl Məhəbbət Haqqında" filmi nümayiş olunub
- 16:54 Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib
- 16:22 “Arşın mal alan” Türkmənistan mətbuatında
- 14:39 "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
- 10:36 Baş İdarə tərəfindən xeyriyyə tədbiri keçirilib
- 09:43 “Boşluğa xütbə” filminin Bakı premyerası olub
- 09:34 Türkiyə Kino Günlərinin rəsmi açılışı “Baku Cinema Breeze” çərçivəsində baş tutdu
- 14:35 “Qonağımız var “ layihəsi çərçivəsində növbəti görüş keçirilib
- 16:07 “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
- 11:59 “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək
- 11:16 Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olunub
- 10:06 Şəki Dövlət Dram Teatrı “Dar ağacı” tamaşası ilə paytaxt sənətsevərlərinin qonağı olub
- 17:17 İƏT Mədəniyyət Festivalında 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir
- 17:05 “Heydər Əliyev: Tarix yazan lider” adlı mühazirə keçirilib
- 16:43 Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
- 14:14 Bəxtiyar Vahabzadə haqqında elmi araşdırmalar toplusu çap olunub