XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2024 10:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialında tanınmış yazıçı-publisist, Qarabağ müharibəsinin veteranı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Görüşdə yazıçı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında söhbət açılıb, əsərləri haqqında geniş məlumat verilib.

Qəni Camalzadə çıxışında yaradıcılıq planlarından bəhs edib, iştirakçıların suallarını cavalandırdıb.

Bədii hissədə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii-qiraət dərnəyinin üzvləri "İmpuls" hekayəsini səhnələşdiriblər.

Tədbirin sonunda yazıçı öz kitablarını kitabxanaya hədiyyə edib.

Baxış sayı: 245