XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 104 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2025 11:35

Bu gün Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 104 ili tamam olur.

Xalq rəssamı V.Hüqonun, M.Qorkinin, M.F.Axundzadənin, H.Cavidin, C.Cabbarlının və digərlərinin əsərlərinin obrazlarını yaradıb. O, tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə müasir Azərbaycan incəsənətinin inkişafına böyük təsir göstərib. Ölkəmizdə fəaliyyət göstərən bir sıra muzeylərin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. O, “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərlərin, Q.Təbrizinin, X.Natəvanın portretlərinin, “1937-ci il repressiyasının qurbanları” tablosunun və “Hüseyn Cavidin aləmi” triptixi kimi əsərlərin müəllifidir. Onun əsərləri Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, ABŞ, Almaniya, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır. Rəssam “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilib, Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

Oqtay Sadıqzadə 2014-cü ildə vəfat edib.

Baxış sayı: 48