XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı rəssamın əsəri Parisdə keçirilən incəsənət sərgisində nümayiş olunur
ÜMÜMİ XƏBƏRLƏR
19/02/2025 11:23

Parisin 8-ci rayonunda yerləşən Böyük Sarayda (Grand Palais) “Art Capital” beynəlxalq incəsənət sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, incəsənət sərgisində tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun yaradıcılıq üslubunun davamçısı olan Nigar Nərimanbəyovanın “Sənt-Eqzuperinin Kiçik şahzadəsi” və “Tarielin nəvəsinin portreti” adlı əsərləri nümayiş olunur.

Fransa Rəssamlar Cəmiyyətinin təşkil etdiyi sərgidə nümayiş olunan əsərlər xüsusi münsiflər heyəti tərəfindən seçilir.

Azərbaycanlı rəssamın əsərləri uzun müddətdir ki, Avropa sənətçilərinin diqqət mərkəzindədir. Məşhur fransız sənətşünası, akademik Jan-Şarl Aşe Nigar Nərimanbəyovanın yaradıcılığını böyük Şaqalla müqayisə edərkən onun rəsmlərini “müasir incəsənətin şah əsərləri” adlandırıb.

Sərgi fevralın 22-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Baxış sayı: 78