
Praqa Azərbaycan Mədəniyyət Evində “İki gözəllik harmoniyası: Azərbaycan xalçası və Çex kristalı” adlı sərginin açılışı olub. Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azərxalça” ASC və Praqada fəaliyyət göstərən “Halama” Çex Kristal Şirkətinin təşkilatçılığı ilə reallaşıb.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın məşhur, zəngin mədəni, milli-mənəvi sərvətimiz olan xalça nümunələri və “Halama”nın Çexiya əl şüşə sənətinə məxsus maraqlı əsərləri, həmçinin Azərbaycan xalçaçılıq sənəti, Çex büllurları və diaspor fəaliyyəti mövzusunda videoçarxlar nümayiş etdirilib.
Tədbirdə Çex Respublikası Hökumətinin və Parlamentinin üzvləri, Çexiyadakı diplomatik nümayəndəliklərin rəhbərləri, Çexiyadakı Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin və yerli mətbuatın nümayəndələri iştirak ediblər.
“Natəvan” Cəmiyyətinin sədri, Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, Praqa Azərbaycan Mədəniyyət Evinin rəhbəri, sərginin ideya müəllifi Leyla Begim Cəfərova sərgi barədə ətraflı məlumat verib. “Xalça xalqımız üçün böyük tarixi keçmişə malik, əsrlərdir dəyişilməyən və inkişaf edən çox qiymətli mənəvi irsdir. Dünyada şöhrət qazanan Çex büllur sənəti nümunələri ilə qədim xalçalarımızın bir arada nümayişi mədəni harmoniyanın ən gözəl əksidir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov qədim tarixə malik milli xalçaçılıq sənəti və Azərbaycandakı xalçaçılıq məktəbləri barədə məlumat verib. Xüsusilə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərinin yaranmasından və qiymətli nümunələrindən söz açıb. “Praqa Azərbaycan Mədəniyyət Evində təşkil olunan sərgi xalçaçılıq sənətimizin Avropada tanıdılması üçün böyük fürsətlər yaradır”,- deyə o əlavə edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mədəniyyətin insanlar və xalqlar arasındakı əlaqələri möhkəmləndirdiyinə diqqət çəkib, xaricdəki Azərbaycan evlərinin bu sahəyə verdiyi töhfələrdən danışıb: “Sənət sərhəd tanımır və sənətlə, zəngin tariximizlə bağlı bu mühüm tədbir ənənələri müasir istiqamətlərdə yaşatmağın, xalqlarımız arasında mədəni mübadilənin dərinləşməsinin bariz nümunəsidir. Prezidentin tapşırıqları əsasında xaricdə fəaliyyət göstərən Azərbaycan evlərinin hər birində ana dilinin tədrisi ilə yanaşı, tarix və mədəniyyətimizin də geniş təbliği həyata keçirilir. Azərbaycan evləri təkcə soydaşlarımız üçün deyil, həm də yerli əhali üçün mədəni mərkəz rolunu oynayır, xalqlar və dövlətlər arasında birliyin daha da möhkəmlənməsinə şərait yaradır. Bu mənada bugünkü sərginin Azərbaycan Evində keçirilməsinin əhəmiyyəti böyükdür”.
Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev çıxışında sərgini iki xalqın qiymətli sənət nümunələrinin harmoniyasının yaradılması baxımından yüksək qiymətləndirib.
“Halama” Çex Kristal Şirkətinin rəhbəri Robert Halama rəhbəri olduğu şirkətin fəaliyyəti barədə danışıb, Azərbaycan və Çexiyanın qədim mədəniyyətlərinə diqqət çəkib, sərginin mədəniyyətlərarası inkişafa əvəzsiz töhfələr verəcəyini vurğulayıb.
Sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 11 yun xalça daxildir.
Sərgi mədəni hissə ilə davam edib. 2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəflinin, fleyta ifaçısı Hana Jıtnıkovanın ifasında səslənən Azərbaycan və Çex musiqiləri zövqləri oxşayıb.





- 17:53 Mədəniyyət müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün seminar təşkil edilib
- 14:55 Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
- 14:49 Dövlət Akademik Filarmoniyasında “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konsert olub
- 14:13 Azərbaycan filmi növbəti dəfə Avropa film festivalının finalçısı olub
- 14:12 Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:07 “Rəşid bəy və Səadət xanım” kitabı çapdan çıxıb
- 11:43 “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub
- 09:39 “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
- 09:38 Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
- 09:35 Küveytdə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub
- 17:17 “Mamagama” Azərbaycanı “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil edəcək
- 16:38 Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib
- 16:35 Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub
- 15:27 Praqada “İki gözəllik harmoniyası Azərbaycan xalçası və Çex kristalı” sərgisi açılıb
- 15:24 Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
- 14:28 Xalq yazıçısı Anar haqqında kitab işıq üzü görüb
- 12:08 Bu gün tanınmış tarzən Məmmədağa Muradovun doğum günüdür
- 11:23 Azərbaycanlı rəssamın əsəri Parisdə keçirilən incəsənət sərgisində nümayiş olunur
- 09:28 İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- 09:14 Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
- 09:12 Muzey Mərkəzində bəstəkar Aydın Əzimin yaradıcılığına həsr olunmuş konsert-portreti keçiriləcək
- 17:19 ARKA 75-ci Berlin Beynəlxalq Film Festivalında öz pavilyonu ilə təmsil olunur
- 14:48 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:43 Bu gün Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur
- 14:12 "Ölü doğan şəhər" – Əli Əmirlinin romanı nəşr olunub
- 09:57 TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək
- 09:31 Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib
- 09:13 Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub
- 16:52 “Nağıllar aləmində” yenidən səhnədə
- 16:05 Əməkdar incəsənət xadimi Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 15:38 Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq
- 14:10 “Xocalı: Şahidlər danışır” kitabı özbək dilində nəşr edilib
- 11:42 Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub
- 11:25 Milli Kitabxanada Əlağa Vahidə həsr olunan virtual sərgi təqdim edilib
- 09:40 “Sehrbazlar dərəsi” tamaşasının premyerası olub
- 09:37 Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib
- 09:29 Bu gün Əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 130 ili tamam olur
- 09:27 “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb
- 09:23 Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib
- 09:18 Azərbaycan Küveytdə “Dünya Xalqları Forumu” adlı mədəni tədbirdə təmsil olunub
- 16:49 Yazıçı, publisist Aysel Fikrətin “Qəmin tərifi” adlı yeni kitabının təqdimatı keçirilib
- 16:33 Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:13 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı növbəti səyyar sərgi baş tutub
- 14:09 Gənclər Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar sərgi hazırlanıb
- 12:28 Gənclər Kitabxanasında İntiqam Mehdizadənin 80 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 10:45 Milli Kitabxanada “Beynəlxalq Kitab Bağışlama Günü”nə həsr olunanı virtual sərgi hazırlanıb
- 10:36 Ciddə şəhərində İslam dünyası Mədəniyyət Nazirlərinin 13-cü Konfransı keçirilir
- 10:16 Azərbaycan Televiziyasının yaranmasından 69 il ötür
- 10:05 Bu gün Azərbaycan SSR-nin Xalq artisti Nazim Rzayevin doğum günüdür
- 09:40 “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub
- 09:23 Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü
- 09:11 İstanbulun tarixi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
- 16:14 Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 15:17 “Bəyin oğurlanması” filmi nümayiş olunub
- 14:23 Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür
- 14:22 Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək
- 11:45 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:51 Bu gün Ümumdünya Radio Günüdür
- 09:53 “Yalançı çoban” adlı tamaşa nümayiş olunub
- 09:45 “Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub