
Yazıçı-dramaturq, onlarla pyesin müəllifi, Əməkdar incəsənət xadimi Əli Əmirli oxuculara bu dəfə növbəti romanını təqdim edib.
"Ölü doğan şəhər" 1988-ci ildə erməni təxribatı nəticəsində baş vermiş Sumqayıt hadisələri haqqında yazılmış ilk əhatəli bədii əsər – romandır. Onu da deyək ki, elə həmin dövrdən başlayaraq ölkədə azadlıq hərəkatı geniş vüsət almışdı.
"Ölü doğan şəhər" kitabının təqdimat hissəsində ədəbiyyatşünas-alim Tehran Əlişanoğlu yazır: "...roman oxucunu faktura ilə alır, həm də bu zaman müəllif çox müxtəlif qism və xassəli materiyalara eyni səriştə ilə "girişə", baş vura bilir, ən müxtəlif qatlardan predmet, cism və mənzərələri eyni ustalıqla mətnə daxil və təsvir edir. "Ölü doğan şəhər" – həmin "Şəhər materiyası"nın bilavasitə küçələrdən, meydanlardan, hündür borulu, göylərə zəhər dağıdan zavod və onun içərisində yalnız gərginlik istehsal edən sexlərdən; beşmərtəbələrin əyri-düz əhatələdiyi məhəllə və bu, ya digər mənzillərinə qonmuş ailələrdən keçən; tramvay yolu və avtobus dayanacaqlarında, bu və ya digər situasiya ətrafında dayanıb-duran, sürüşüb gedən naturallığıdır. "Şəhər elə bil adını eşidib qəfil çıxdı boz üfüqdən, – bir dəfə romanın əvvəlində daxil olan bu məqam: - ... Uzaqdan görünən hündür, alçaq, qalın, nazik borular, islam şəhərlərindəki uca minarələrə oxşayırdılar..." – əsər boyu diqqətdə qalır. Həmin "bozluq" insanların içlərində, həyatından növbənöv mənzərələrdə, dilin - nitqin qabartdığı qatbaqat danışıq naturallığı, sırf məişət görüntülərində izlərini qoyur. "Bu şəhərdə hər kəsin öz ləhcəsi, danışıq şivəsi vardı. Gənclik şəhəri deyilən bu təzə şəhərin əhalisinin hamısı gəlmə idi..." – yazıçı əsərdə hər surətin öz "şəhər ədası" və davranışını tapmağa çalışır. Birbaşa "natura" romanın qurulmasında başlıca ünsür kimi çıxış edir. Şəhərin "havası"ndan çıxmış hər bir surət həm də onun timsalı kimi canlanır...".
Qeyd edək ki, Əli Əmirlinin tarixi hadisələrin izi ilə 1989-cu ildə yazdığı və 1992-ci ildə "Azərbaycan" jurnalında dərc edilən "Meydan" romanı da bu yaxınlarda kitab halında nəşr olunub.
- 14:55 Özbəkistan Milli Kitabxanasına Azərbaycana aid çoxsaylı kitablar hədiyyə edilib
- 14:49 Dövlət Akademik Filarmoniyasında “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konsert olub
- 14:13 Azərbaycan filmi növbəti dəfə Avropa film festivalının finalçısı olub
- 14:12 Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:07 “Rəşid bəy və Səadət xanım” kitabı çapdan çıxıb
- 11:43 “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub
- 09:39 “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında (1920-1990)” monoqrafiyası nəşr edilib
- 09:38 Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
- 09:35 Küveytdə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub
- 17:17 “Mamagama” Azərbaycanı “Avroviziya 2025”də “Run with U” mahnısı ilə təmsil edəcək
- 16:38 Beynəlxalq Muğam Mərkəzində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib
- 16:35 Azərbaycan-Macarıstan mədəni əməkdaşlığı müzakirə olunub
- 15:27 Praqada “İki gözəllik harmoniyası Azərbaycan xalçası və Çex kristalı” sərgisi açılıb
- 15:24 Gənclər Kitabxanasında “Şanlı Zəfər tarixinin qəhrəmanları” layihəsi davam edir
- 14:28 Xalq yazıçısı Anar haqqında kitab işıq üzü görüb
- 12:08 Bu gün tanınmış tarzən Məmmədağa Muradovun doğum günüdür
- 11:23 Azərbaycanlı rəssamın əsəri Parisdə keçirilən incəsənət sərgisində nümayiş olunur
- 09:28 İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- 09:14 Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
- 09:12 Muzey Mərkəzində bəstəkar Aydın Əzimin yaradıcılığına həsr olunmuş konsert-portreti keçiriləcək
- 17:19 ARKA 75-ci Berlin Beynəlxalq Film Festivalında öz pavilyonu ilə təmsil olunur
- 14:48 Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 14:43 Bu gün Xalq şairi Nəriman Həsənzadənin 94 yaşı tamam olur
- 14:12 "Ölü doğan şəhər" – Əli Əmirlinin romanı nəşr olunub
- 09:57 TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək
- 09:31 Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” əsərinin ərəb dilində nəşrinin təqdimatı keçirilib
- 09:13 Niderlandda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert olub
- 16:52 “Nağıllar aləmində” yenidən səhnədə
- 16:05 Əməkdar incəsənət xadimi Əliağa Vahidin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 15:38 Üzeyir Hacıbəylinin 140 illik yubileyi ilə əlaqədar Özbəkistanda konsert təşkil olunacaq
- 14:10 “Xocalı: Şahidlər danışır” kitabı özbək dilində nəşr edilib
- 11:42 Moskvada Polad Bülbüloğlunun yubiley konserti olub
- 11:25 Milli Kitabxanada Əlağa Vahidə həsr olunan virtual sərgi təqdim edilib
- 09:40 “Sehrbazlar dərəsi” tamaşasının premyerası olub
- 09:37 Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib
- 09:29 Bu gün Əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 130 ili tamam olur
- 09:27 “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb
- 09:23 Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib
- 09:18 Azərbaycan Küveytdə “Dünya Xalqları Forumu” adlı mədəni tədbirdə təmsil olunub
- 16:49 Yazıçı, publisist Aysel Fikrətin “Qəmin tərifi” adlı yeni kitabının təqdimatı keçirilib
- 16:33 Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:13 "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı növbəti səyyar sərgi baş tutub
- 14:09 Gənclər Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar sərgi hazırlanıb
- 12:28 Gənclər Kitabxanasında İntiqam Mehdizadənin 80 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 10:45 Milli Kitabxanada “Beynəlxalq Kitab Bağışlama Günü”nə həsr olunanı virtual sərgi hazırlanıb
- 10:36 Ciddə şəhərində İslam dünyası Mədəniyyət Nazirlərinin 13-cü Konfransı keçirilir
- 10:16 Azərbaycan Televiziyasının yaranmasından 69 il ötür
- 10:05 Bu gün Azərbaycan SSR-nin Xalq artisti Nazim Rzayevin doğum günüdür
- 09:40 “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub
- 09:23 Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü
- 09:11 İstanbulun tarixi kitabxanasına Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edilib
- 16:14 Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 15:17 “Bəyin oğurlanması” filmi nümayiş olunub
- 14:23 Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür
- 14:22 Nərmin Sadıqovanın “Mif” adlı fərdi sərgisi keçiriləcək
- 11:45 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 10:51 Bu gün Ümumdünya Radio Günüdür
- 09:53 “Yalançı çoban” adlı tamaşa nümayiş olunub
- 09:45 “Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub
- 09:28 Filarmoniyada Polad Bülbüloğlunun yubiley konserti keçirilib