XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 161 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2025 11:16

Bu gün Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 161 ili tamam olur.

Mütəfəkkir ədəbiyyatda romantik axına rəhbərlik edib, lirik şeirlər yazıb, türk milli ideyalarını təbliğ edib, türk xalqlarının özünüdərk səviyyəsinin yüksəlişi yolunda çalışıb. Əli bəy Hüseynzadə irsi 168 məqalə, 19 kitab, 16 rəsm əsəri və 115 əlyazmadan ibarətdir. O, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tərtibçi rəssamı olub. Ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışan Ə.Hüseynzadənin “türkçülük, çağdaşlıq, islam” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edib. Əli bəy Hüseynzadə 1940-cı ildə vəfat edib.

 

Baxış sayı: 53