XƏBƏRLƏR
MƏLUMAT
Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
20/06/2025 16:48

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları uğurla davam edir.

Qəbul 17 iyun 2025-ci il tarixindən başlayıb və ümumilikdə 18 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

Qeyd edək ki, qəbul 29 iyun tarixinədək davam edəcək.

Baxış sayı: 26