XƏBƏRLƏR
MƏLUMAT
İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 09:18

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində İçərişəhərdə “Muğam Saatı” - İnteraktiv səs performansı təşkil olunub.

Belə ki, İçərişəhərin müxtəlif guşələrində ötən əsrin ortalarında Azərbaycan Dövlət Radiosunda yayımlanan ikonik radio proqramında lentə alınmış muğam janrında olan musiqilər səsləndirilib.

Saat 14:00-dan 15:00-dək müxtəlif cihazlardan səsləndirilən həmin radio proqramının yazıları İçərişəhər sakinlərində və qonaqlarda xoş təəssüratlar yaradıb. Bu layihə İçərişəhəri ziyarət edən turistlərin də marağına səbəb olub.

Qeyd edək ki, Muğam Saatı 1950–1960-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan ikonik radio proqramından ilhamlanan instalyasiya və ifaçılıq layihəsidir.

Həmin dövrdə əhali arasında son dərəcə məşhur olan ənənəvi musiqi yazılarının müntəzəm yayımlarını özündə əks etdirir.

Həmin veriliş şəhər və kəndlərin səs landşaftının özünəməxsus bir atributuna, bütöv bir nəslin həyat tərzinin ayrılmaz hissəsinə çevrilmişdi. Layihənin məqsədi o dövrün hər yerdə eşidilən, sirli şəkildə daim mövcud olan musiqi səsini yenidən canlandırmaqdır.

Baxış sayı: 29