
Dördüncü Bakı Piano Festivalı çərçivəsində “Rotunda Roof Garden”də Xorvatiyanın “Lela Kaplowitz Jazz Group” kollektivinin konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Lela Kaploviç (vokal), Petar Kulibrk (piano), Filip Pavik (gitara) və Luçiya Kaploviç (skripka) çıxış ediblər.
Lela Kaploviç bir müddət əvvəl AZƏRTAC-a müsahibəsində demişdi ki, bu, onun Azərbaycana ilk səfəri olduğundan Bakıya gəlişini səbirsizliklə gözləyirdi. Yeni tamaşaçı ilə tanışlıqdan həyəcan hissi keçirdiyini qeyd edən xorvatiyalı artist öz əsərini Bakı Piano Festivalında təqdim etməkdən məmnun idi.
Lela Kaploviç görkəmli musiqiçilər və musiqi qrupları ilə çıxış edib və albomlar yazdırıb. Onların arasında “Arturo Farrill və Chico' O'Farrill Afro Cuban Jazz Orchestra”, “The Duke Ellington Orchestra”, “Two Cellos”, Duq Karn, Maylz Qriffit, Bill Sakston, Harri Uittaker, Dik Qriffin, Kreyq Hendi, Qeri Fritz, Mark Rapp, Bob Alberti, Ben Taker və başqaları var. Nyu-Yorkda keçirdiyi beş il ərzində Lela Amerikanın musiqi tarixinin ən görkəmli məkanları - “Madison Square Garden” (Beynəlxalq Musiqi Festivalı, 2003), “Birdland”, “The Blue Note”, “Dizzy's Club Coca Cola”, “Detour”, “Smalls”, “Central Park Summer Stage”, “Miles Jaye's Jazz Festival”, “Atlantic City”, Mayami, Filadelfiya və Savannada çıxışlar edib. Avropada səyahət edən musiqiçi buradakı ən məşhur caz klubları və festivallarında konsertlər verib. Lela 2009-cu ildə Finlandiyanın Kaayani şəhərində keçirilən dünyanın ən böyük qadın caz vokal müsabiqələrindən birində “Lady Summer” titulunu qazanıb.
Musiqiçi bir neçə albom yazdırıb və başqalarında qonaq vokalçı kimi çıxış edib. 2019-cu il sentyabrın 19-da Lela “Parma Recordings” tərəfindən buraxılmış yeni albomunun (“To One”) reklamı ilə Nyu-Yorkdakı dünyaca məşhur “Carnegie Hall”da çıxış edib.
IV Bakı Piano Festivalı iyunun 28-dək davam edəcək. Paytaxtımızın sakinləri və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. “Bakı Piano Festivalı - 2025” çərçivəsində bədii tədbirlər, sərgilər, ədəbi müsabiqə və cem sessiyaları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların “Gələcək bizik” konsertidir.


- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub
- 11:08 Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında tədbir keçirilib
- 09:23 14 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:18 İçərişəhərdə “Muğam Saatı” təşkil olunub
- 09:16 Professor Cahangir Məmmədlinin “Altmışıncılar nəsrinin poetikası” monoqrafiyası işıq üzü görüb
- 09:12 Dünya şöhrətli arxeomusiqişünas Bakıda mühazirə oxuyub
- 17:10 Tanınmış ritm ustadı Mahmud Salahın 65 illiyinə həsr olunmuş bədii musiqili gecə keçirilib
- 17:05 Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb
- 15:07 Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyasına tərəf dövlətlərin konfransının 10-cu sessiyasında təmsil olunur
- 14:58 Azərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində
- 14:27 Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 14:21 Almaniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertlər təşkil olunub
- 12:14 Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edilib
- 11:10 Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb
- 09:51 “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub
- 09:13 18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür
- 09:07 İçərişəhərdə “Muğam Saatı” — İnteraktiv səs performansı baş tutacaq
- 15:42 “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib
- 15:03 Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 14:22 “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihənin icrasına başlanılıb
- 12:24 Azərbaycan Animasiya Assosiasiyası Annecy festivalında təmsil olunub
- 11:38 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 11:07 Bu gün Xalq rəssamı Elbəy Rzaquliyevin anadan olmasının 99 ili tamam olur
- 10:29 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 09:29 Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri filarmoniyada konsert proqramı ilə çıxış edib
- 09:14 Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq
- 18:17 Ulu Öndər Heydər Əliyev irsinin təbliği mövzusunda Şəkidə elmi seminar keçirilib
- 17:30 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
- 12:36 15 iyun-Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təşkil olunub
- 11:13 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 16:43 “Xalqın himayədarı” adlı dəyirmi masa keçirilib
- 16:41 Xəzər rayon MKS-də gənc yazar Səbinə Bayramovanın kitab təqdimatı keçirilib
- 16:35 “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib
- 15:58 G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 15:03 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır
- 14:14 “Masal masal Türkiye” uşaq nağılları tətbiqində Azərbaycanla bağlı bölüm yaradılacaq
- 14:13 Gənclər Kitabxanasında Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgiləri hazırlanıb
- 14:11 "Şah Abbas Namə" tamaşasının premyerasına son günlər
- 12:14 “Milli Qurtuluşdan Böyük Zəfərə” mövzusunda dəyirmi masa keçirilib
- 09:40 “Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub
- 09:37 34 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti keçirib
- 09:27 BDU-nun Mədəniyyət Hüququ üzrə magistrantlarına sertifikatlar təqdim olunub
- 09:24 İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib
- 09:21 “Cıdır düzü” kitabının təqdimatı keçirilib
- 17:21 Yubilyar haqqında maraqlı kitab
- 15:37 Mədəniyyət naziri Adil Kərimli Göygöl rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 15:32 “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihəyə başlanılıb
- 14:22 Narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib
- 12:41 Azərbaycan musiqisinin gənc siması dünya səhnəsində
- 11:29 Gənclər Kitabxanasında görkəmli rəssam Mirzə Qədim İrəvani haqqında materiallar hazırlanıb
- 11:12 “Üzeyir bəyin kiçik qonaqları” adlı konsert proqramı keçirilib
- 10:17 Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 93 ili tamam olur