XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
19/06/2025 14:20

Möhsün Cəfərov (Sənani) 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulub və bu dərnəklərdə birpərdəli povestlərdə özünü sınayıb. Tiflis teatr truppasında çalışıb. Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu böyük ustalıqla ifa edib. Gənc olmasına baxmayaraq, Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir Şah”), Kasio (“Otello”) kimi məsul rolları ifa edib. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, həmçinin kino sənətində də çox yadda qalan, rollar oynayıb. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək olar.

Xalq artisti Möhsün Sənani 1981-ci ildə vəfat edib.

Baxış sayı: 18