XƏBƏRLƏR
MƏLUMAT
“Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/06/2025 15:11

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi “Opera günləri” layihəsi çərçivəsində Şirvanşahlar Sarayında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasından parçalar nümayiş etdirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunmuş tamaşada Rəvanə Əmiraslanlı (Əsli), Məhəbbət Səfərov (Kərəm), Taleh Yahyayev (Keşiş), Fuad Əzizzadə (Şah), Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa) iştirak ediblər.

Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xoreoqrafı Xalq artisti Mədinə Əliyeva, tarda müşayiət edən Əməkdar artist Elxan Mansurovdur.

 

Baxış sayı: 22