XƏBƏRLƏR
MƏLUMAT
Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 14:13

Aşqabad Beynəlxalq Məktəbində təşkil olunmuş Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxi nümunələri təqdim edilib.

Ölkəmizin Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, buradakı Azərbaycan pavilyonunda ziyarətçilərə plov, dovğa, dolma, qutablar, həmçinin paxlava və şəkərbura kimi şirniyyatlar təqdim olunub.

Festivalda, həmçinin Azərbaycan kulinariyasının ənənəvi reseptləri barədə məlumat verilib. Ziyarətçilər ölkəmizin tarixi və turizm potensialı, xalqımızın mədəniyyəti haqqında kitab və broşürlərlə tanış olublar.

Baxış sayı: 148