XƏBƏRLƏR
MƏLUMAT
Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2024 16:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi və ölkəmizdəki Polşa Diasporasının birgə təşkilatçılığı ilə Polşanın "bayraq günü" ilə əlaqədar musiqili tədbir keçirilib.

Tədbirdə Polşa Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rafał Poborski, rəsmilər, musiqi məktəbinin kollektivi və digər şəxslər iştirak ediblər.

Tədbir zamanı hər iki dövlət arasında olan mədəni və dostluq əlaqələrindən danışılıb.

Sonra məktəbin şagirdləri dahi Polşa bəstəkarı Frederik Şopenin əsərlərini yüksək professionallıqla ifa ediblər. Məktəbin kiçik xor kollektivinin çıxışları, həmçinin,  məktəbin şagirdi Həbib Şıxəliyevin milli tar alətində Polşa xalq musiqilərini məharətlə ifa etməsi qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə eyni zamanda Polşa diasporası tərkibində fəaliyyət göstərən Poloniya cəmiyyətinin xoru dinləyicilər üçün maraqlı folklor nömrələri və Poloniyanın milli marşını ifa edib.

Baxış sayı: 479