XƏBƏRLƏR
MƏLUMAT
T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2024 15:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Antalyada (Türkiyə) keçirilən XII “Harmony” beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər.

Müsabiqədə “solo piano”nominasiyası üzrə çıxış edən məktəbin fortepiano ixtisası üzrə təhsil alan XI sinif şagirdləri Zümrüd Əlizadə I yerə, Ərtoğrul Balayev (müəllim: Yelena Vasilyevna Xalilulina) isə II yerə layiq görülüblər.

İstedadlı şagirdlər həmçinin, “fortepiano ansamblı” nominasiyasında da çıxış edərək I yeri qazanıblar.

Baxış sayı: 365