XƏBƏRLƏR
MƏLUMAT
Ş. Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin I sinif şagirdlərinin konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2022 03:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində I sinif şagirdlərinin 8 Mart- Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsertikeçirilib. 

Konsertin aparıcısı, I sinif şagirdləri olan Nərgiz Mustafazadə və Yusif Yusif Feyzullayev qonaqları salamlayaraq bayram münasibətilə xanımlarıtəbrik ediblər.

Konsertdə I sinif şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Məktəb şagirdləri Mənisə Hüseynova, Məhəmməd Kazımlı,Səid Əliyev, Sara İdrisova, Fatimə Seyidova, Ləman Əliyeva, Xədicə Orucova, Nərmin Həmzəyeva, Kənan Şirinov, Röya Çələbiyeva, Səma Behbudlu, Gülər Usubova, Nərgiz Məmmədli, Ayla Şahbazova, Fəridə Ələkbərova,Leyla Ələkbərova,Rüstəm Ömərli,Rza Axundov, Nilgün Məmmədli, Nilufər Həsənzadə,Asiya Məmmədova,Nigar Əliyeva,Ömər Səmədov, Hüseyn Qarayev, Validə Salmanova, Ağarəhim Əhmədzadə səhnədə ilk addımlarını uğurla atıblar.  

Sonda müəllim Müjgan Dövlətbəylinin rəhbərliyi ilə kiçik siniflərdən ibarət xor kollektivi ifasını təqdim edib.

Proqramın sonunda məktəbin direktoru Bəhriyyə Allahverdiyeva həm şagirdləri çıxışları münasibətilə, həm də məktəbin qadın kollektivini,anaları və valideynləri bayram münasibətilə  təbrik edib. 

Baxış sayı: 379