XƏBƏRLƏR
MƏLUMAT
Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2024 16:45

Aprelin 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Şağan Reabilitasiya Pansionatında Ramazan bayramı münasibətilə bayram tədbiri keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirin aparıcısı çıxış edərək, Ramazan bayramı  münasibətilə hər kəsi təbrik edib və bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. 

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə  H.Abbasov adına Mədəniyyət Mərkəzinin solistləri, rəqs kollektivinin üzvləri çıxış ediblər.

Baxış sayı: 183