XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Sündü” qısametrajlı filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
29/03/2023 06:11

Martın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində 180 nömrəli tam orta məktəbin şagirdlərinə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar  “Sündü” qısametrajlı filmi nümayiş olunub.

Samir Qulamovun ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Sündü” filmi Mart soyqırımı ilə bağlı qısametrajlı bədii filmdir. Qobustan rayonununda çəkilən bu filmin baş prodüseri Ülvi Cəfərov, bəstəkarı Ali Aliyev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir. Mətnin erməni dilindən tərcüməsi İsrafil Xudaverdiyevə məxsusdur.

Baxış sayı: 239