XƏBƏRLƏR
MƏLUMAT
Qaradağ rayon Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/03/2023 07:16

Martın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 288 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən beynəlxalq təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə, nüfuzlu media nümayəndələrinin 500-dən çox e-maillərinə soyqırım haqqında məlumatlar müxtəlif dillərdə göndərilib.

Tədbir zamanı çıxış edənlər qeyd ediblər ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Daha sonra iştirakçılar üçün Mart soyqırımı ilə bağlı Mədəniyyət Nazirliyinin çəkdiyi "Sündü" qısametrajlı bədii filmi nümayiş olunub.

Baxış sayı: 289