XƏBƏRLƏR
MƏLUMAT
Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2024 12:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Fikrət Əmirov adına nəfəs və zərb alətləri ifaçılarının l Beynəlxalq Müsabiqəsində uğurla çıxış ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbin 5-ci sinif şagirdi Nərminə Salmanova l yerə, 3-cü sinif şagirdi Şövkət Nurəli isə ll yerə layiq görülüblər.

Qeyd edək ki, istedadlı şagirdlərin müəllimi Əməkdar artist Nicat Salmanovdur.

Baxış sayı: 149