XƏBƏRLƏR
MƏLUMAT
Nizami Kino Mərkəzində gənc rejissorların filmləri nümayiş olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2024 10:47

Azərbaycan Kinematoqrafçılar İttifaqı Nizami Kino Mərkəzində film nümayişlərinə başlayır.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, layihə üzrə ilk filmin nümayişi oktyabrın 22-də olacaq.

Nümayişlər zamanı gənc rejissorlar Azər Quliyevin “İkinci planetin qırmızı rəngi”, Daniel Quliyevin “Uzaq”, Teymur Qəmbərovun “İki gün”, Novruz Hikmətin “Burada hələlik sakitlikdir” qısametrajlı bədii filmləri göstəriləcək.

Filmlərin təqdimatından sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə yaradıcı heyətlə tamaşaçılar arasında müzakirələr aparılacaq.

Seanslara giriş sərbəstdir.

Baxış sayı: 18