XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2024 12:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında ailə dəyərlərinin gücləndirilməsi ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə ailə, ailədə mənəvi dəyərlər haqqında ətraflı məlumat verilib, ailənin töhfələri və əhəmiyyəti müzakirə olunub.

Qeyd edilib ki, ailə həyatın təməl daşıdır. Həyatda ən böyük dayağımız, təsəlli və xoşbəxtlik mənbəyimizdir. Ailə bizi əhatə edən ən dəyərli dəstək sistemidir.

Sonda mövzu ilə bağlı kitablar sərgilənib.

Baxış sayı: 141