XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarə konsert proqramı təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2024 11:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr-Müstəqilliyin Bərpası Günü və Füzuli, Zəngilan şəhərlərinin işğaldan azad olunması ilə əlaqədar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində konsert proqramı təqdim olunub. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı tədbiri açıq elan edərək  bildirib ki, bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünü qeyd edir. Müstəqilliyin Bərpası Günü tariximizin ən şərəfli səhifələrindən biridir. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Konsert proqramında tanınmış müğənni Xatun Əliyeva “Səma” rəqs ansamblının müşayiəti ilə sevilən mahnılarını səsləndirib.

Baxış sayı: 33