XƏBƏRLƏR
MƏLUMAT
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
09/04/2024 11:37

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2024/2025-ci tədris il üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

İşə qəbul və yerdəyişmə qaydaları (qaydalara əlavə), müsabiqənin test imtahanı proqramı və müsahibə mərhələsinin proqramları ilə qeyd olunan linklərə daxil olmaqla tanış ola bilərsiniz.

Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Baxış sayı: 207