XƏBƏRLƏR
MƏLUMAT
"Mən Heydər Əliyev irsini öyrənirəm" adlı bilik olimpiadası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/05/2023 06:41

Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Mən Heydər Əliyev irsini öyrənirəm" adlı bilik olimpiadası keçirilib.

Qaradağ rayon məktəbləri arasında keçirilən olimpiada zamanı müasir Azərbaycanın memarı, ümummilli liderin həyat və fəaliyyətini əhatə edən suallara verilən cavabların yekun nəticələrinə əsasən l yerə 139, ll yerə 166, lll yerə 197 və 288 nömrəli tam orta məktəblər layiq görülüblər.

Sonda qaliblərə Diplomlar və mükafatlar təqdim edilib.

Baxış sayı: 276